Bakıda azyaşlını bıçaqlamaqda təqsirləndirilən Sərkar Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az xəbər verir ki, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Anaşkin küçəsində qeydə alınıb. Belə ki, 1 nömrəli Psixiatriya Xəstəxanasında qeydiyyatda olan, 1983-cü il təvəllüdlü Həsənov Sərkar Ağamirzə oğlu 2012-ci il təvəllüdlü Məmmədli Ömər Rufis oğlunu yoldan keçən qadınlara söz atması ilə bağlı aralarında yaranmış mübahisə zəminində bıçaqlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
