Məzmuna keç

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda ittiham olunan şəxsin məhkəməsi başlayır

İsmayıllıda qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməkdə təqsirləndirilən İlqar Mamedovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Tural Əfəndizadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası oktyabrın 25-də keçiriləcək.

Qeyd edək ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan İsmayıllı şəhər sakini İlqar Mamedovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan həmin şəxsin xüsusi aqrotexniki qulluq göstərməklə yetişdirdiyi 25 ədəd çətənə bitkisi aşkar edilib. Ona qarşı Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə