Daxili İşlər Nazirliyi sosial şəbəkədə gənc qızın qətlə yetirilməsi barədə yayılan məlumata münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, bu gün sosial şəbəkə istifadəçilərindən biri Binəqədi rayonu ərazisində hərəkətdə olan marşrut avtobusunda cavan oğlanın gənc bir qızı qətlə yetirməsi barədə status yazıb.
DİN bildirir ki, nəinki Binəqədi rayonunda, eləcə də paytaxtın digər rayonlarında belə bir hadisə qeydə alınmayıb.
Nazirlik xahiş edir ki, məlumat paylaşmazdan əvvəl DİN-in mətbuat xidməti ilə dəqiqləşdirilsin.
