“Azər-Avtonəqliyyat” ASC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınma) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokola Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, İXM-nin bu maddəsinə əsasən vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Şəbnəm Mehdizadə
