Məzmuna keç

Külli miqdarda mənimsəmədə təqsirləndirilən vəzifəli şəxsin məhkəməsi başlayır

Bərdədə külli miqdarda pul vəsaitini mənimsəməkdə təqsirləndirilən Böyükkişi Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materiaları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası oktyabrın 31-də keçiriləcək.

Qeyd edək ki, Baş Prokurorluq tərəfindən aparılan araşdırmalar zamanı Qarabağ Regional Təhsil idarəsinin mühasibi Böyükkişi Abbasovun Bərdə rayonunda yerləşən orta məktəblərin əmək müqaviləsinə xitam verilən, habelə hazırda çalışan işçilərinin adına qanunsuz olaraq rəsmiləşdirdiyi ödənişləri özünə məxsus bank kartına köçürməsinə və bununla da, ümumilikdə 114 min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə