Xırdalanda parkdan oğurluq etməkdə təqsirləndirilən Sənan Talıbovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
İş hakim Cəmilə Səfiyevanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Sənan Talıbov Xırdalan şəhəri ərazisində yerləşən parkların birindən 3000 manat dəyərində oturacaq və idman alətini oğurlamaq təqsirləndirlir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbənm Mehdizadə
