Məzmuna keç

Kafedə adam bıçaqlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Füzulidə kafedə adam bıçaqlamaqda təqsirləndirilən İlkin Rəhimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Neymət Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlumd eyil.

Qeyd edək ki, hadisə rayonun Babı kəndində qeydə alınıb. Kənd ərazisində yerləşən kafedə düşən davada 38 yaşlı Alim Səmədov bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən 22 yaşlı İlkin Rəhimov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə