Bakıda iş yoldaşının ölümünə səbəb olmaqda təqsirləndirilən Rüfət Əkbərlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Anar Sadıqovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə paytaxtın Səbail rayonunun Bibiheybət qəsəbəsində yerləşən restoranda baş verib. Belə ki, restoranda işləyən 2002-ci təvəllüdlü Rüfət Əkbərlinin iş yoldaşı Azər Ömərovu itələyərək yıxması, nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Rüfət Əkbərliyə qarşı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
