Məzmuna keç

Bakıda dava zamanı adam bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda dava zamanı adam bıçaqlamaqda təqsirləndirilən Elşən Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Səbuhi Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 31-də keçiriləcək.

Qeyd edək ki, hadisə paytaxtın Xətai rayonu Əli Ağa Şıxlınski küçəsində qeydə alınıb. E.Həsənov dava zamanı 1984-cü il təvəllüdlü Mikayılov Emin Dövran oğlunu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. E.Həsənova qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə