Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirəndirilən İsa Namazovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Hakim Fikrət Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası noyabrın 2-nə təyin olunub.
Qeyd edək ki, hadisə ötən il sentyabrın 29-da baş verib. Belə ki, İ.Namazov idarə etdiyi avtomobillə piyada keçidində yolu keçmək istəyən Xədicə Qarakişiyevanı vurub. Xəstəxanaya yerləşdirilən X.Qarakişiyeva uzun müddət koma vəziyyətində qalıb. O, 2023-cü il may ayının 10-da dünyasını dəyişib. X.Qarakişiyeva Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin tələbəsi olub. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
