Məzmuna keç

Xırdalanda evlərdən oğurluq edən şəxs hakim qarşısına çıxarılır

Abşeronda evlərdən və köşkdən oğurluq etməkdə təqsirləndirilən Bilal Əsədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Hakim Vaqif Həsənovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Bakı şəhər sakini Bilal Əsədov müxtəlif vaxtlarda Xırdalan şəhəri ərazisində bir evdən 2500 manat dəyərində 2 ədəd televizor, bir köşkdən 800 manat pul, bir evin zirzəmisindən isə velosiped oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə