Məzmuna keç

Bərdədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatdı

Bərdədə tanışını qətlə yetirməkdə təqsirləndirilən Zöhrab Əsgərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 6-na təyin olunub.

Qeyd edək ki, 2006-cı il təvəllüdlü Zöhrab Əsgərov aralarında yaranmış mübahisə zamanı Bərdə rayonunun Qarağacı kənd sakini 1967-ci il təvəllüdlü Sahib Bayramova bıçaqla xəsarətlər yetirib. S.Bayramov 2 gün sonra müalicə aldığı xəstəxanada ölüb. Z.Əsgərova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə