Məzmuna keç

Bakıda evdən oğurluq etməkdə ittiham oluna şəxs hakim qarşısına çıxarılır

Bakıda evdən pul və qiymətli əşyalar oğurlamaqda təqsirləndirilən Rüstəm Əzizovun cinayət işi üzrə ibtida istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

İş hakim Elnurə Rəcəbovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Mingəçevir şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rüstəm Əzizov Kürdəxanı qəsəbəsindəki evlərin birindən 1100 manat pul, 3000 manat dəyərində mobil telefon, noutbuk, qızıl üzük və qol saatı oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə