Kür çayı sahilində narkotik vasitə yetişdirməkdə təqsirləndirilən Nəcib Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az xəbər verir ki, iş üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Əli Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Nəcib Məmmədov Kür çayının Neftçala rayonunun Pirəbbə kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiya edilməsində təqsirləndirilir. Əraziyə keçirilən baxış zamanı hündürlüyü 37-142 sm arası olan 68 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Ona qarşı Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
