Məzmuna keç

Məhkəmə dələduzluqda təqsirləndirilən qadına bəraət verdi

Bu gün Lənkəran Rayon Məhkəməsində dələduzluq etməkdə təqsirləndirilən S.Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Hikmət Əmiraslanov məlumat verib.

Onun sözlərinə görə, hakim Muradağa Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S.Cəfərovaya bəraət verilib.

Qeyd edək ki, S.Cəfərova cari ilin mart ayının 25-də Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Prokurur qadına 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının verilməsini istəyib.

Şəbnəm Mehdizadə