Məzmuna keç

Qonşusunu öldürməkdə ittiham olunan şəxsin istintaqı başa çatdı

Novxanıda qonşusunu öldürməkdə ittiham olunan Cavanşir Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Nurəddin Hüseynlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Novxanı qəsəbəsində, Xan Şuşinski küçəsində baş verib. Belə ki, Şahlar Qasımov özünə məxsus fərdi yaşayış evinin təmiri ilə məşğul olarkən Cavanşir Əliyev digər tanışları ilə birgə təmir zamanı yaranan səs-küyə etiraz edib. Bu zaman tərəflər arasında dava düşüb. Dava zamanı C.Əliyev Ş.Qasımovun bud hissəsinə bıçaq zərbəsi vurub. Ş.Qasımov qanitirmədən dünyasını dəyişib. C.Əliyevə qarşı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə