Məzmuna keç

Ali Məhkəmənin hakimi BDU-nun Hüquq fakültəsinin müəllim və tələbələri ilə görüşdü

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Abiddin Hüseynov Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində olub.

E-huquq.az xəbər verir ki, bu barədə fakültənin dekanı Zaur Əliyev məlumat verib.

Onun sözlərinə görə, 25 oktyabr – Avropa Ədalət Mühakiməsi Günü ilə əlaqədar keçirilən görüşdə Ali Məhkəmə ilə Hüquq fakültəsi arasında tədris sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

A.Hüseynov, həmçinin fakültənin professor-müəllim heyəti və tələbələrlə də görüşüb.

Şəbnəm Mehdizadə