Məzmuna keç

Külli miqdarda narkotiklə tutulan şəxs hakim qarşısına çıxarılır

Xırdalanda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Azər Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Elçin Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Hüseynov Azər Rzabala oğlu Xırdalan şəhəri ərazisində ələ keçirilib. Onun üzərindən külli miqdarda heroin və medon həbləri aşkar edilib. A.Hüseynova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə