Məzmuna keç

Həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatdı

Şəmkirdə arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Əfsun Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Mikayıl Məmmədzadənin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü Əfsun Əhmədov rayonun Çinarlı qəsəbəsində yerləşən yaşayış evində həyat yoldaşı 1999-cu il təvəllüdlü Zəhra Əhmədovaya ov silahı ilə atəş açaraq onu öldürməyə cəhd etməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Şəbnəm Mehdizadə