Məzmuna keç

Piyadanın ölümündə ittiham olunan sürücü hakim qarşısına çıxarılır

Gəncədə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Hüseyn Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Roman Ələkbərlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Gəncə şəhər ərazisində "Mercedes" markalı avtomobil öncə piyadanı vurub, daha sonra idarəetmədən çıxaraq yol kənarındakı 2 minik avtomobilinə çırpılıb. Hadisə nəticəsində piyada 1982-ci il təvəllüdlü Musayev Ramil Safəddin oğlu ölüb, 2001-ci il təvəllüdlü Məmmədov Hüseyn Elmar oğlu isə xəsarət alıb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə