Məzmuna keç

Saatlı Rayon Məhkəməsi istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı müvafiq qurumlara müraciət etdi –

Oktyabrın 26-da Saatlı Rayon Məhkəməsində 2023-cü ilin ikinci yarımilliyinə dair iş planının icrası, həmçinin Şirvan Apellyasiya Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli icmal məktubunun öyrənilməsi ilə bağlı məhkəmənin sədri vəzifəsini icra edən İxtiyar Abuşovun sədrliyi ilə hakim və məhkəmə aparatı işçiləri ilə birlikdə iclas keçirilib.

E-huquq.az xəbər verir ki, həmin iclasda hakim Mirlətif Sadıqov və böyük məsləhətçi Mirəli Qubadov tərəfindən hazırlanmış “2022-ci ildə Saatlı Rayon Məhkəməsində baxılmış istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı işlərin ümumiləşdirilməsinin nəticələrinə dair” arayış və Şirvan Apellyasiya Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli icmal məktubu oxunaraq iclas iştirakçılarının diqqətinə çatdırılıb və müzakirələr aparılıb.

Müzakirələr zamanı işlərin ümumiləşdirilməsinin nəticələrinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı müvafiq qurumlara tövsiyə xarakterli müraciətlərin ünvanlanması qərara alınıb.