Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Hüseyn İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Hakim Anar İbadzadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.
Qeyd edək ki, hadisə Bakının Nəsimi rayonunda, Ceyhun Səlimov və Abdulvahab Salamzadə küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, 2001-ci il təvəllüdlü Heydərli Fərid Xaliq oğlu “Lada Priora” markalı avtomobillə 1992-ci il təvəllüdlü İsmayılov Hüseyn Əli oğlunun idarə etdiyi "KamAZ" markalı yük maşını toqquşub. Qəza nəticəsində 2002-ci il təvəllüdlü Cəfərov Pərvin Pərviz oğlu vəfat edib, 2002-ci il təvəllüdlü Atakişiyev Hümmət Baba oğlu isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib."KamAZ"ın sürücsü H.İsmayılova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
