Məzmuna keç

İran vətəndaşından onlayn yolla narkotik alan şəxsin məhkəməsi başlayır

Şəmkirdə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Mikayıl Zamanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Abdulla Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan rayon sakini Mikayıl Zamanov üzərindən müxtəlif bükümlərdə heroin və marixuana aşkar edilib. Həmçinin yaaşadığı evdən isə 2 ədəd torbada ümumi çəkisi 5 kiloqram 110 qram heroin aşkar edilərək götürülüb. Dindirilmə zamanı M.Zamanov narkotik maddəni onlayn yolla İran vətəndaşından aldığını etiraf edib. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə