Bank Olmayan Kredit Təşkilatı "Azkredit" ASC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, BOKT barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
İş hakim Nəriman Mehdiyevin sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunarsa, "Azkredit" üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
