Məzmuna keç

Vətəndaşa qarşı soyğunçuluq etməkdə ittiham olunan şəxslərin məhkəməsi başlayır

Sabunçu rayonunda vətəndaşa qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Elməddin Nəsirov və Arif Fərzəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

İş hakim Elnurə Rəcəbovanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası noyabrın 14-nə təyin olunub.

Qeyd edək ki, Bakı şəhər sakini Elməddin Nəsirov və Sabirabad rayon sakini Arif Fərzəliyev Sabunçu qəsəbəsində paytaxt sakini A.Əhmədovun içərisində pul olan çantasını və mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirməktə təqsirləndirilirlər. Onlara qarşı Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə