Məzmuna keç

Məhkəmə piyadanı avtomobillə vurmaqda təqsirləndirilən şəxslə bağlı qərar verəcək

İsmayıllı şəhərində piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Tural Ağazadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.

İş hakim İlqar Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 14-nə təyin olunub.

Qeyd edək ki, T.Ağazadə idarə etdiyi avtomobillə 1987-ci il təvəllüdlü Səmədova Mətanət Şakir qızını vuraraq hadisə yerindən qaçmaqda təsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə