Bakıda elektrik enerjisi paylayıcı qurğusundan oğurluq etməkdə təqsirləndirilən Rəşad Camalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılaması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Leyla Əsgərova-Məmmədovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 13-də keçiriləcək.
Qeyd edək ki, əvvəllər məhkum olunmuş Rəşad Camalov paytaxtın Xətai rayonunda elektrik enerjisi paylayıcı qurğudan 18 ədəd avtomat açarı oğurlamaqda şübhəli bilinir. Ona qarşı Cinayət Məcəlləsinin 177.3.2-ciü maddəsi üzrə ittiham irəli sürülüb. "Azərişıq" ASC iş üzrə zərərçəkmiş şəxs qismində tanınıb.
Şəbnəm Mehdizadə
