Ağsuda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Fuad Zərbalıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Bilal Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, "QAZ-31" markalı avtomobilin "Mercedes"lə toqquşması nəticəsində 1959-cu il təvəllüdlü Mehdiyev Əkbər Ələkbər oğlu ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Qəzanı törətməkdə təqsirli bilinən sürücü F.Zərbalıyevə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
