Məzmuna keç

“PAŞA Bank” şirkəti məhkəməyə verdi

"PAŞA Bank" ASC "Bakı Tullantıları Emalı" MMC-ni məhkəməyə verib.

E-huquq.az xəbər verir ki, bank şirkətə qarşı kredit müqaviləsi üzrə iddia qaldırıb.

İddia Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə