Bakıda evlərdən mobil telefon oğurlamaqda təqsirləndirilən Zaur Səmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
İş hakim Murad Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Zaur Səmədov Yasamal rayonu ərazisində yerləşən iki evdən ümumilikdə 5 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
