Məzmuna keç

Məhkəmə mağazadan oğurluq etməkdə təqsirləndirilən şəxslə bağlı qərar verəcək

Lökbatanda mağazadan oğurluq etməkdə təqsirləndirilən Eyvaz Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

İş hakim Teymur Qurbanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Hacıqabul rayon sakini Eyvaz Bağırov Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 3500 manat dəyərində ərzaq məhsullarını oğurlamaqda şübhəli bilinir. Onun həmin gün bazarda yerləşən digər bir mağazadan 500 manat dəyərində təzyiq aparatı və su nasosu oğurlaması da müəyyən olunub. E.Bağırova qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə