Məzmuna keç

Həyətində narkotik əkməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Sabirabadda narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda təqsirləndirilən Nüsrət Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Xamməd Nuriyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Muğan Gəncəli kənd sakini Nüsrət Məmmədovun yaşadığı ünvana baxış keçirib. Bu zaman evin həyətyanı sahəsindən hündürlüyü 3,5 metrə qədər olan və yaş çəkisi isə 184 kiloqram təşkil edən 38 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb. N.Məmmədova qarşı Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə