Məzmuna keç

Külli miqdarda narkotiklə tutulan şəxsin istintaqı başa çatdı

Zərdabda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Mürşüd Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Xaliq Məmmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Pərvanlı kənd sakini Mürşüd Abdullayevin həyətində olan tikiliyə baxış zamanı satış üçün qablaşdırdığı ümumi çəkisi 13 kiloqram olan narkotik vasitə marixuana, həyətyanı sahədə isə yaş halda çəkisi 221 kiloqram olan 441 ədəd çətənə bitkisi də aşkar edilib. M.Abdullayevə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə