Məzmuna keç

Evdən oğurluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Bakıda evdən külli miqdarda pul və qızıl zinət əşyası oğurlamaqda təqsirləndirilən Abbas Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İş hakim Vüsal Qurbanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Ağstafa rayon sakini Abbas Ələkbərov paytaxtın Nərimanov rayonu ərazisindəki evlərin birindən 8.500 manat, 11.000 dollar pul və 13.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə