Məzmuna keç

Turizm şirkətinə cərimə yazıldı

"Aztur-El Travel" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, turizm şirkəti barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci ( (“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Saatlı Rayon Məhkəməsində hakim Mirlətif Sadıqovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Aztur-El Travel" beş min manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə