Gəncədə qadından hədə-qorxu ilə pul tələb edən Alim Canaliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.
İş hakim Orxan Cəfərlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 13-də keçiriləcək.
Qeyd edək ki, Yardımlı rayon sakini Alim Canəliyəv Gəncə şəhər sakini olan xanıma məxsus fotoları sosial şəbəkələrdə paylaşacağı ilə hədələyərək ondan 2350 manat pul almaqda təqsirləndirilir. O, zərərçəkən xanımdan sonuncu dəfə 5000 manat almaq üçün Gəncə şəhərinə gələn zaman polis əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 182.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
