Gədəbəydə həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Səyidə Musayevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Abdulla Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 17-nə təyin olunub.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü Səyidə Musayeva aralarında yaranmış mübahisədən sonra əri 1989-cu il təvəllüdlü Taryel Musayevə bıçaqla xəsarət yetirərək onu öldürməyə cəhd etməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
