Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Sadiq Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Sadiq Cəfərov aralarında yaranmış mühahisə zamanı Dadaşov Hüseyn Fazil oğluna bıçaqla xəsarət yetirməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
