Məzmuna keç

Qohumuna xəsarət yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Ağstafada qohumuna xəsarət yetirməkdə təqsirləndirilən Məhəmməd Bədirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Abdulla Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Ağstafa rayonunun Poylu qəsəbəsində baş verib. Belə ki, qohumlar arasında kütləvi dava zamanı Məhəmməd Bədirov 1998-ci il təvəllüdlü Elbrus Bədirova kəsici-deşici alətlə daxilə nüfuz edən xəsarətlər yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə