Zərdabda qızıl mağazasından pul və qızıl zinyət əşyası oğurlamaqda təqsirləndirilən Taleh İsazadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilib.
İş hakim İlqam Həsənquliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Taleh İsazadə Zərdab şəhəri ərazisindəki mağazaların birindən 5390 manat dəyərində 14 ədəd qızıl üzüyün oğurlanmasında təqsirli bilinir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
