Göyçayda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Kənan Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az xəbər verir ki, iş üzrə toplanan materiallar baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilib.
İş hakim Elçin Qurbanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi Göyçayda qeydə alınıb. Belə ki, "VAZ 2107" markalı avtomobillə "VAZ 21011" markalı nəqliyyat vasitələrinin toqquşduğu qəzada 1998-ci il təvəllüdlü Kərimov Kənan Sahib oğlu, Babaşov Valeh Həsən oğlu və 1966-cı il təvəllüdlü Babaşova Nərgiz Kamal qızı xəsarət alıblar. Qəzanı törətməkdə təqsirli bilinən K.Kərimova qarşı Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
