Məzmuna keç

“Göygöl Şərab Zavodu” barəsində inzibati protokol tərtib olundu

"Göygöl Şərab Zavodu" ASC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib. İşə hakim Elxan Əlizadənin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Göygöl Şərab Zavodu" min beş yüz manat məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə