Məzmuna keç

Qubada arvadı qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Qubada həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Elşad Güliyevin cinayət işi üzrə ibtidai istimtaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Aynur Rzayevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası noyabrın 21-nə təyin olunub.

Qeyd edək ki, Quba rayonunun Mahmudqışlaq kəndində yerləşən evlərdən birində 1999-cu il təvəllüdlü Rəvanə Güliyevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1997-ci il təvəllüdlü Elşad Güliyevin qısqanclıq zəminində arvadı Rəvanə Güliyevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Elşad Güliyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə