Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Rəşad Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Aygün Qurbanovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclaısnın vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Binəqədi rayonu, Binəqədi şosesində BDYPİ-nin yaxınlığında baş verib. Sürücü 37 yaşlı Abbasov Rəşad Sahib oğlu idarə etdiyi “Mersedes Benz 180” markalı avtomobillə hərəkətdə olarkən yolu keçməkdə olan piyada 76 yaşlı Məmmədov Ağahüseyn Əzizəli oğlunu vurub. Piyada Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, 9 gün sonra orada ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
