Məzmuna keç

“Real Tibb Mərkəzi” 8 min manatadək cərimə edilə bilər

"Real Tibb Mərkəzi" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

İş hakim Samir İsmayılovun icraatına verilib.

Protokol təsdiq olunsa, "Real Tibb Mərkəzi" altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə