Məzmuna keç

Astarada atasını öldürməkdə təqsirləndirilən qadın hakim qarşısına çıxarılır

Astarada atasını öldürməkdə təqsirləndirilən Ruhəngiz Əliyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Nahid Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 36 yaşlı Rühəngiz Əliyeva şəxsi münasibətlər zəminində atası, Astara rayonunun Çürkəş kənd sakini 71 yaşlı Qubad Əliyevi kəsici altlə xəsarətlər yetirərək öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə