Balakəndə azyaşlının ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Nurullah Dibirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilib.
Hakim Hümbət Səlimovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Balakən şəhəri Rafiq Səmədov küçəsində Nurullah Dibirov idarə etdiyi “QAZ-31” markalı minik avtomobili ilə yolun kənarında hərəkətdə olan 10 yaşlı Rail Nağıyevi vurub. Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralı bir neçə gün sonra orada dünyasını dəyişib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittihma irəli sürülüb.
Şəbnəm Mehdizadə
