Məzmuna keç

Naxçıvanda tanışını öldürməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatdı

Naxçıvanda tanışını öldürməkdə təqsirləndirilən Abdulla Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Hüseyn Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Şərur rayonu ərazisində qeydə alınıb. 1980-ci iltəvəllüdlü Abdulla Abdullayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus avtomobildə dostu 1981-ci il təvəllüdlü Mürsəl Hüseynəliyevə kəsici-deşici alətlə xəsarət yetirərək onun ölümünə səbəb olub. A.Abdullayevə qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə