Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinə yeni rəis təyin olunub.
E-huquq.az xəbər verir ki, müvafiq əmrlə icra şöbəsinin rəisi vəzifəsinin icrası kiçik ədliyyə müşaviri Ziya İsmayılzadəyə həvalə edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinin rəisi vəzifəsinə 2 ilə yaxındır təyinat olmayıb.
