Bakıda ödəmə terminalından oğurluq etməyə cəhd etməkdə təqsirləndirilən Heydər Nağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.
Hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxt hələlik məlum deyil.
Qeyd edək ki, Göyçay rayon sakini 23 yaşlı Heydər Nağıyev Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisindəki marketlərin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd etməkdə təqsirləndirilir. Aparılan araşdırmalarla H.Nağıyevin həmin gün səhər saatlarında Sahil qəsəbəsi ərazisində yerləşən bir lombarddan oğurluğa cəhd göstərməsi də müəyyən olunub.
Şəbnəm Mehdizadə
